525.Az

Parlamentin əksər komitələri büdcə zərfini plenar iclasa tövsiyə etdi


 

Parlamentin əksər komitələri büdcə zərfini plenar iclasa tövsiyə etdi<b style="color:red"></b> Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisin əksər komitələri tərəfindən plenar iclasa tövsiyə olunub.
 
APA-nın məlumatına görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komit'si, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iki günlük birgə müzakirələrindən sonra sənəd yekdilliklə plenar iclasa tövsiyə olunub.
 





08.11.2017    çap et  çap et