525.Az

Səudiyyə Ərəbistanında növbəti həbs dalğası


 

Səudiyyə Ərəbistanında növbəti həbs dalğası <b style="color:red"></b> Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb.
 
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.
 
Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanda aparılan əməliyyat zamanı 11 şahzadə, 4 nazir və onlarla iş adamı saxlanılıb. Əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər - ümumilikdə 9 nəfər ölüb.
 





09.11.2017    çap et  çap et