525.Az

Stoltenberq: “NATO-da iki yeni komandanlıq yaradılacaq”


 

Stoltenberq: “NATO-da iki yeni komandanlıq yaradılacaq”<b style="color:red"></b> NATO-ya üzv ölkələrin müdafiə nazirləri iki yeni komandanlığın yaradılmasına qərar veriblər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
 
“Bu gün biz NATO-nun uyğunlaşdırılmış komanda strukturunun sxemini razılaşdırdıq. Bu, gələcək işin əsasını təşkil edəcəkdir”, deyə baş katib bildirib.
 
Onun sözlərinə görə, komandanlıqlardan biri Atlantik okeanda nəqliyyat yollarının təhlükəsizliyini, digəri isə - Avropada canlı qüvvə və texnikanın hərəkətini təmin edəcək.
 
Y.Stoltenberq həmçinin bildirib ki, NATO nəzdində kiber əməliyyatların keçirilməsi üzrə mərkəz yaradılacaq.  “Kiber imkanların istifadəsi beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcək”,  deyə baş katib qeyd edib.
 





09.11.2017    çap et  çap et