525.Az

Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad etdi


 

Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad etdi<b style="color:red"></b> Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib.
 
Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən  Əl-Bukəmal şəhərini tam azad ediblər.
 
Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.
 





09.11.2017    çap et  çap et