525.Az

Amerikalıların 68%-i digər ölkə başçılarının Trampa hörmət etmədiyini güman edir


 

Amerikalıların 68%-i digər ölkə başçılarının Trampa hörmət etmədiyini güman edir<b style="color:red"></b>

ABŞ vətəndaşlarının təxminən ikidə üçü güman edir ki, digər dövlət başçıları Donald Trampa qarşı xüsusi rəğbət bəsləmirlər.
 
APA-nın xəbərinə görə, bunu CNN telekanalının sifarişi ilə “SSRS” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri göstərib.
 
Respondentlərin 68%-i güman edib ki, digər ölkə liderləri Donald Trampa hörmətlə yanaşmırlar. Rəyi soruşulanların 24%-i əks fikirdə olduqlarını bildirib, respondentlərin 8%-i sualı cavablandırmaqdan imtina edib.
 
Son sosioloji sorğuların nəticələrinə əsasən, ABŞ vətəndaşlarının 59%-i Trampın xarici siyasətini mənfi, 36%-i isə müsbət qiymətləndirib.

 





09.11.2017    çap et  çap et