525.Az

Vahid Əziz "Məşhurlarla görüş"də


 

Vahid Əziz "Məşhurlarla görüş"də<b style="color:red"></b>

Noyabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında "Məşhurlarla görüş" silsiləsinin budəfəki qonağı şair, tərcüməçi Vahid Əziz olub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, gənc rəssam Elnurə İsgəndərova "Məşhurlarla görüş" layihəsi haqqında geniş məlumat verib, Vahid Əziz yaradıcılığından söz açıb.

Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova şairin həyat və yaradıcılığından bəhs edib, onu müasir poeziyamızda öz dəsti-xətti ilə seçilən şairlərdən biri kimi qiymətləndirib.

Daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və tanıtma müşavirinin müavini Adəm Kələş, Rəssamlar İttifaqının üzvü, layihənin kuratoru Aygün İsgəndərova, Mədəniyyət və Turizm baş idarəsinin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin 1 nömrəli filialının direktoru Gülşən Abbasova və başqaları şairin sevilən poeziyası haqqında məlumat veriblər.

Ona göstərilən diqqətə görə layihənin təşkilatçılarına, çıxışçılara təşəkkürünü bildirən Vahid Əziz tədbir iştirakçılarının suallarını cavablandırıb, öz şeirlərini oxuyub.

Sonda şair özünün imzalı kitabını kitabxanaya hədiyyə edib, "Xatirə" kitabına ürək sözlərini yazıb.

ŞAHANƏ

 





09.11.2017    çap et  çap et