525.Az

Yardımlıda sahibkarlar üçün treninq


 

Yardımlıda sahibkarlar üçün treninq <b style="color:red"></b>

Dünən Yardımlıda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı, marketinq, menecment mövzularını əhatə edən treninqdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, marketinq anlayışı, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

Həmçinin, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.

Treninqdə mövzular üzrə təqdimatlar keçirilib.

Ceyhun ABASOV

 





09.11.2017    çap et  çap et