525.Az

"İki sahil"dən xüsusi buraxılış: "2 milyardıncı ton Azərbaycan nefti"


 

"İki sahil"dən xüsusi buraxılış: "2 milyardıncı ton Azərbaycan nefti"<b style="color:red"></b>

"İki sahil" qəzeti Azərbaycanda 2 milyard ton neftin hasil olunması münasibətilə xüsusi buraxılış hazırlayıb.

Mətbu orqandan verilən məlumata görə, 82 səhifəlik xüsusi buraxılış neft sənayemizin tarixində baş verən mühüm hadisələri özündə əks etdirir. Qəzetdə maraqlı yazılar, ayrı-ayrı dövrlər üçün şəkillər və yüksək poliqrafik tərtibat diqqət çəkir.

Xüsusi buraxılışın üz qabığında yer alan prezident İlham Əliyevin "Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur" fikirləri tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın davamlı uğurlarında bu amilin rolunu xüsusi önə çəkir.

Növbəti səhifədə Azərbaycanda bir milyardıncı ton neftin 1971-ci il martın 28-də çıxarılması faktı, ölkə prezidenti İlham Əliyevin iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə 7 noyabr 2017-ci il tarixli "Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında", "Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında" sərəncamları yer alıb.

"Azərbaycan neftinin tarixi çox qədim dövrlərə gedib çıxır", "ABŞ və Rusiyanın neft mübarizəsində Bakının rolu", "Əgər neft şahzadədirsə, Bakı onun tacıdır", "Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici amil oldu", "Azərbaycan neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır", "Yeni neft strategiyasının uğurlu icrası: 2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol", "Yeni əsrin müqaviləsi" müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır" kimi məqalələrdə Azərbaycan neftinin şöhrəti, uğurlara geniş yol açması, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində rolu, neft kapitalının insan kapitalına çevrilməsinə apardığı yol və s kimi məqamlar geniş təhlil olunub.

Ceyhun ABASOV

 





09.11.2017    çap et  çap et