525.Az

Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh etdi


 

Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh etdi<b style="color:red"></b> "Protokol xidmətləri Vladimir Putin və Donald Trampın Asiya-Sakit Okean ölkələri Əməkdaşlıq Təşkilatının sammitində görüşünün mümkünlüyünü müzakirə etməyi davam etdirirlər".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Amerikalı həmkarlarımızdan ziddiyyətli informasiyalar daxil olur", - deyə, o, Ağ Evin Vyetnamda Putin-Tramp rəsmi görüşünün mümkün olmaması ilə bağlı bəyanatını şərh edərkən söyləyib.   
 
D. Peskov istənilən halda sammit kuluarlarında bu görüşün baş tutacağını vurğulayıb: "Liderlərin danışıqları vacibdir, lakin bu, əsas deyil".
 
Qeyd edək ki, bu gün Ağ Evin sözçüsü Sara Sanders Rusiya və ABŞ prezidentləri arasında görüşün Trampın iş qrafikinin gərgin olması səbəbindən mümkün olmayacağını bəyan edib.
 





10.11.2017    çap et  çap et