525.Az

Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?


 

Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?<b style="color:red"></b>

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb. 
 

"Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək.

Regional və beynəlxalq problemlər, o cümlədən, Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildirilib.
 
O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

 





10.11.2017    çap et  çap et