525.Az

Bu günədək BTC-yə 344 milyon tondan çox neft vurulub


 

Bu günədək BTC-yə 344 milyon tondan çox neft vurulub<b style="color:red"></b>

2017-ci ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 268,672 min ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 22 mln. 595,463 min ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 mln. 133,525 min ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC ilə 545,988 min ton Türkmənistan nefti nəql olunub.

 





13.11.2017    çap et  çap et