525.Az

Teatr sahəsinə ayrılan vəsait 3 dəfə azalıb


 

Teatr sahəsinə ayrılan vəsait 3 dəfə azalıb<b style="color:red"></b> Milli Məclisin komitələrinin 2018-ci il üzrə dövlət büdcə zərfinin birgə müzakirəsi zamanı Azərbaycanda teatr və kino sahəsinə dövlət tərəfindən maliyyənin az ayrılmasına narazılıq ifadə olunub.
 
APA-nın məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.
 
O qeyd edib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir. R. Hüseynovun sözlərinə görə, bu, zərurətdir.
 
Komitə sədri onu da bildirib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 3 dəfə azalma var. O bunun bu sahəyə pis təsir edəcəyini vurğulayıb, bunun heç olmasa yenidən qismən artırılmasının vacibliyini önə çəkib.
 





13.11.2017    çap et  çap et