525.Az

Xarici ticarətin müsbət saldosu 9 dəfə artıb


 

Xarici ticarətin müsbət saldosu 9 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 mlrd. 12 mln. 583 min dollar təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 13,13% çoxdur.

Bu ilin on ayında idxal əməliyyatları 6 mlrd. 958 mln. 381,25 min dollar olub ki, bu da 2016-cı ilin 10 ayı ilə müqayisədə cüzi artım deməkdir.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 9 mlrd. 54 mln. 201,75 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,82% çoxdur.

Nəticədə 2 mlrd. 95 mln. 820,5 min dollar məbləğində müsbət saldo yaranıb. Başqa sözlə, illik müqayisədə xarici ticarət üzrə müsbət saldo 8,8 dəfə artıb.

 





14.11.2017    çap et  çap et