525.Az

Şahin Mustafayev Braziliyanın səfiri ilə görüşdü


 

Şahin Mustafayev Braziliyanın səfiri ilə görüşdü<b style="color:red"></b>

Noyabrın 13-də iqtisadiyyat naziri Şahin Mustafayev Braziliyanın ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Nazir kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini, Braziliyanın Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını diqqətə çatdırıb.

Braziliya Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar isə Azərbaycanın Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkə olduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək qiymətləndirib, layihənin nəqliyyat əlaqələrinin genişləndirilməsindəki əhəmiyyətini vurğulayıb.

Səfir iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Ş.Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyi diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

CEYHUN

 





15.11.2017    çap et  çap et