525.Az

Xalidə Xalid: “Yaxın günlərdə qayıdacağıq”


 

Xalidə Xalid: “Yaxın günlərdə qayıdacağıq”<b style="color:red"></b>

Aprelin 30-dan Şamxal Hüseynovla birlikdə İranda saxlanılan AMEA-nın elmi işçisi Xalidə Xalid ailəsinə zəng edib.

Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli deyib. Onun sözlərinə görə, anası hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: “Anam çox danışa bilmədiyini, hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı dedi, yaxın günlərdə qayıdacaqlarını bildirdi”.
 
Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
 
Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.

 





05.06.2013    çap et  çap et