525.Az

Roma Papası “erməni soyqırımı”nı yenidən tanıdı


 

Roma Papası “erməni soyqırımı”nı yenidən tanıdı<b style="color:red"></b> Roma Papası Frensis Vatikanda erməni katoliklərinin XIX Kilikya katolikos-patriarxı Nerses Bedrosun başçılıq  etdiyi nümayəndə heyətini qəbul edib.
 
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Roma Papası Frensis bu görüşdə növbəti dəfə qondarma “erməni soyqırımı”nı tanıdığını təsdiqləyib.
 
Roma Papası 20-ci əsrdə ilk soıqırımın “erməni soyqırımı” olduğunu söyləyib.
 
Qeyd edək ki, əsl adı kardinal Xorxe Berqolo olan  Roma Papası Frensis Buones-Ayresdə Katolik Kilsəsinə rəhbərlik etdiyi dövrdə – 1991-ci ildə “erməni soyqırımı”nı tanıdığın bəyan edib.
 





05.06.2013    çap et  çap et