525.Az

ADMİU-da Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfrans


 

ADMİU-da Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfrans <b style="color:red"></b>

16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  "Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi" adlı konfrans keçirilib.

Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, "Multikulturalizm ili" ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat verib. Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov da öz növbəsində Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Rəssamlıq fakültəsinin magistrı Gülşən Qasımova "Tolerantlıq və multikulturalizm diyarı Azərbaycan", Musiqi sənəti fakültəsinin magistrı Səbinə Əliyeva "Musiqidə multikulturalizm", Kulturologiya fakültəsinin magistrı Orxan Məmmədli "Muzeylər-millətlər arası tolerantlığın körpüsü kimi", Kino və televiziya fakültəsinin magistrları Razim Salmanov "Müstəqillik dövründə Azərbaycanda tolerantlığın inkişafı", Abbasağa Əlizadə "Multikulturalizm mövzusunu: filmlərdə müqayisəli təhlili" məruzəsi ilə çıxış edərək filmlərdən qısa video çarxlar nümayiş etdirib.

Sonda Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva və baş müəllim Aygün Eyvazlı tələbələrə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 





17.11.2017    çap et  çap et