525.Az

ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi


 

ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi<b style="color:red"></b>

Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib.

Trend-in məlumatına görə, buna səbəb bazar günü adada amerikalı hərbçinin iştirakı ilə yol qəzası baş verib. Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.

Yerli polisin verdiyi məlumata görə, amerikalı hərbçinin idarə etdiyi avtomobil qırmızı işıqda yolu keçib.

Nəticədə yaralanmış 60 yaşlı Yaponiya vətəndaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 





20.11.2017    çap et  çap et