525.Az

Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır


 

Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır<b style="color:red"></b>

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir.

AzərTAc “Zee News” saytına istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

Bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstığın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb.

 





20.11.2017    çap et  çap et