525.Az

Kəmaləddin Heydərov Zərdabda vətəndaşları qəbul edəcək


 

Kəmaləddin Heydərov Zərdabda vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 24-də Zərdab şəhərində, Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəbulda Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında noyabrın 23-də saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 





20.11.2017    çap et  çap et