525.Az

İraq məhkəməsi Kürdüstan bölgəsindəki referendumu qanunsuz elan etdi


 

İraq məhkəməsi Kürdüstan bölgəsindəki referendumu qanunsuz elan etdi<b style="color:red"></b> İraq federal məhkəməsi İraq Kürdüstanında keçirilmiş referendumun ölkə Konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb.
 
APA-nın xəbərinə görə, bu barədə İraqın yerli agentliyi məlumat yayıb.
 
Federal məhkəmənin qərarında bildirilir ki, İraq Konstitusiyasında ölkənin hansısa ərazisinin ayrılmasını dəstəkləyən maddə yoxdur.
 
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.
 





20.11.2017    çap et  çap et