525.Az

Hərbçimizi maşın vurub öldürdü


 

Hərbçimizi maşın vurub öldürdü<b style="color:red"></b>

Bakıda hərbçini maşın vuraraq öldürüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov “VAZ-2106” markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub.

 





06.06.2013    çap et  çap et