525.Az

Türkiyə parlamentinin sədri məlum oldu


 

Türkiyə parlamentinin sədri məlum oldu <b style="color:red"></b> Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər başa çatıb.
 
APA-nın məlumatına görə, ilk iki turda namizədlərdən heç biri 2/3, yəni 367 səs toplaya bilməyib. Üçüncü turda 50%+1, yəni minimum 276 səs qazanmaq yetərli olduğu üçün bu turda 289 səs toplayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, 1940-cı il təvəllüdlü İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib.
 
Xatırladaq ki, AKP-nin birinci və ikinci turda iştirak edən ehtiyat namizədi Tamer Dağlı üçüncü turdan əvvəl namizədliyini geri götürüb.
 





20.11.2017    çap et  çap et