525.Az

Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşü nə vaxt olacaq?


 

Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşü nə vaxt olacaq? <b style="color:red"></b> Dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında nazir Sergey Lavrovun Azərbaycana səfərinin yekunları ilə bağlı məlumatda bildirilib. 
 
“Xəzəryanı ölkələrin XİN rəhbərlərinin qarşıdakı Moskva müşavirəsinə hazırlıq kontekstində Xəzərdə əməkdaşlıq problematikası ətraflı müzakirə olunub”, - deyə açıqlamada qeyd edilib.
 





20.11.2017    çap et  çap et