525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim


 

Yarpaq  tökümü və yaxud düşüncələrim<b style="color:red"></b>

Təmənnalı ÇörƏyi mədə də həzm etmir

Döyülməyən qapıda bƏrƏkƏt olmaz

Yetişməyən TövbƏni etməyə tələsmə

Ölməyən və unudulmayan günahlardır

İyrəndirmə, öyrəndir

Əyən yükdən sallaşan çox olar

Sirr deyildirsə - nə sirr oldu!?

Uca təpələrin, sıldırım dağların başından şaqqıldayıb axan bulaqların mənbəyi hardandır görəsən?

Ümidsiz qalmaq - kimsəsiz səhralıqda axırıncı qurtum suyu içmək kimi bir şeydir...

Yollar bəşəriyyətin kompasıdır

Həyasız adamın açılmasını gözləmədən getsən yaxşıdır

Tərbiyədə hər şey qarşılıqlıdır

Düyünlənmiş yumruq bərkə və çətinə düşəndə işlənsə, gərəkli olar

Qırxıncı qapını da aça bilsəydin, bəlkə həyatın sonu olardı.

SinƏn ayrı yerdə lazımdır, kürƏyin bir başqa yerdə

HƏsrƏtin arxasınca naümid getməzlər

GözlƏrin Nuru qəlbdən süzülər

İnsanın yerişini itirməsinin iki səbəbi var: ya utanmağındandır, ya da qudurmağından

Hər ölƏnin başı qiblƏyƏ tərəf durmur

XƏmir yoğrulmasa, çörək bişməz

Ağzında sürüdüyün dilini bəs nə vaxt döndərib "Allahu-əkbər" deyəcəksən?..

Atdan düşməmiş cilovu  əldən buraxmazlar...

VƏrdişlƏr pilləkan  kimidir...

Aralıdan gələn igidin hələlik görünən boyudur deyə, "boyuna qurban" deyirlər bəlkə...

Çox uzunömürlülük bir şey deyil, urvatlı ölməyi də bacarmaq lazımdır. Çox yaşamağın çox da vaxtsız ölüm görməyin deməkdir

Gecəylə gündüzün təhvil-təsliminə insan öz gözüylə şahidlik edir

Qışını fikirləşməyən yazdakı çiçəklərin nə qədrini biləcək?

Burnunun ucundan o tərəfə, o yandan sənə ayrı baxış var

Çölünü yudun, bəs içini kim yuyacaq?

Hər şey ölür, axıra nƏfƏs qalır

Uzadılan əl insana həmişə lazımdır

Ətirli çiçəkləri qoxuyan olmasa nəyə gərəkdir?

Şişin ucunda verilən kabab ağzını yaralayacaq...

Baxışları bir nöqtədə donduran qayğılardır

Hər uzun ətəkdən yapışmaq olmur

Boyun yastığa düşəndə, intizardan əyilər

Çörək yeyən hər ağızdan müqəddəs söz çıxmır...

Addımlamağın hələ irəli getməyin demək deyil

Səni qanadlandırıb uçuran Arzularındır. Arzular gerçəkləşməyəndə və  ya bitəndə yenə öz yerinə qayıdacaqsan

TƏnhalıq insanı xərçəng kimi yeyir

Duruluq - sudan başqa heç nəyə yaraşmır

Ətrafındakıların hər biri sənə bir emosiya yükləyir və bəzən də səmtini itirən yolçu kimi nə etdiyini belə bilmirsən...

Yaxşı və ya pis xəbər gözləyən hər kəs içini yeyər

Anam deyərdi ki, bala,  paraya görə evinin işığını söndürmə, qaranlıq nıfıs gətirər

Elə münasibətlər var ki, gedəndə və içərisində olanda hiss etmirsən və sonra geriyə qayıdanda,  yaxud təklənib  qalanda sarsılırsan, getməyə yer, durmağa dayaq nöqtəsi tapmırsan

Elə şey var ki, onu ütüləməsən, açıq desən, daha səmimi olardın

Səksəkəli adamın qulağından sƏs əskik olmaz...

Naümid və səhli qalmaq adamı sarsıntılara düçar edər

Qəzəbimin ac qurd kimi içimi gəmirməsini  görürəm, səsini belə eşidirəm, di gəl ki,  nə qəzəbimi boğa bilirəm, nə özümü ələ ala bilirəm...

Boşalmış, boş qalmış Evimi quru və cansız taxta mebellərlə doldurmağın  nə mənası var, mənim balam?..

Sən mənə nə böyüklük göstərdin ki,  mən də sənə kiçiklik edə bilim!?

Söz qurtaranda elə etmə ki, əl başlasın

Elə yuxular var ki, günboyu özünlə gəzdirirsən

KülƏyin qapı döyməsi qorxuludur

Ayağının altındakı yeri görmürsən, başının üstündəki buludlarla əlləşirsən?!

İçində qırılan duyğuları və ümidləri el içindəcə qurmağı bacarmalısan

Ayaq üstə ölüb qurtarmaqdansa, uzanıb, yatıb ölməyin yaxşıdır

Şeytanın sənə naz etməyi sənin acizliyindir

Xülyalarla əlləşib özünü aldatmağın nə mənası?!

Qürur adama toxluq gətirər  

Bağladığın yükün ipini sallayıb ulağın ayağını dolaşdıracaqsansa, ip də gedəcək, yük də

GƏlin onsuz da nəslinə qan qarışdıracaq, təki nəsli və ailəni qarışdırmasın

Dilini, dodağını, bığını yeməkdənsə, deyəcəyin qəzəbli sözünü ye

İpinin ucunu ələ vermə, nə evdə-ailədə, nə də işdə-gücdə...

Nə istədiyini bilməyən adamın səni istəməyinə inanma

Əsl dostdan incimək və küsmək -  evdən köçüb başqa yerə isinişməmək  kimi bir şeydir

Ağsaqqalın yaltaqlanması tək ağsaqqalı yox, yaltaqlığı da hörmətdən salır

Alın qırışları - oxunmayan kitabın səhifələridir, hər adam da onu oxuya bilmir

Hər hansı bir münasibətlərdə zahiri görünüş və ilk  təəssürat aldadıcıdır

Rüzgar taleyin elə bir küləyidir ki, birdən toparlayıb gətirər..,  birdən də əsib dağıdar, boş xırmana döndərər

Dönüş nöqtəsində  insanın uduşları çox olar

Qatığın ağlığı hələ onun təmizliyi demək deyil

Uzun  yolun, uzun gecənin əhdini şirin söhbət  kəsər... Baxır yol yoldaşı kimdir?

Sümükdə və ilikdə gəzən küləklər çox qorxuludur...

Sən məni tanımırsan, gözümü bağlasan da, qulaqlarım görəcək

Başın dolu və... cibin  də dolu olsa yaxşıdır

ƏdalƏti sən müəyyənləşdirmirsən, kənar göz görür

Allah  hər fəslin  meyvəsini  səni ac qoymamaq üçün yaratdı...

Sazaq külƏklƏr - çörək itirən adamlar kimi qudurğan  olar - məsafə bilməz

Qonşumuz Yəhya kişinin  ölüm ayağında  dediyi sözlər indi də yadımdadır: "Yorğan mənim nə sümüyümü, nə iliyimi isitməyəcək. Üstümü  açıq qoy, bələmə məni, bəlkə rahat ölə bildim"...

Qarşıdakını hərəkətinə görə yox, niyyətinə görə cəzalandır

Qorxu olmasa,  insan çəkilməz

Nə əməlin sahibisən ki, hələ vaxtımı alıb xatirə danışırsan?..

QƏbirlƏrin baş daşları həm də ölənin şəhadət barmağıdır - səni haqqa səsləyir. Eşitmirsənmi, görmürsənmi?..

Təpənin başında nə şellənirsən? Burda ölüb  qalmayacaqsan ki?!. Səni qayıdacağın binədə basdıracaqlar. Bilirsənmi bunu?!

Taleyin və Ölümün hökmü qarşısında, İnsan Ağlının hökmü acizdir...

Sən bizim münasibətlərdə hava haqqında məlumat kimisən...

Hər insan keyfiyyətli materialdan biçilmir...

Qəlbindəki ləkəni nə ilə yuya biləcəksən?  Bunun fərqindəsənmi?

Dünyanın ən təlatümlü zƏlzƏlƏsi insanın içində olur və onu viran qoyur

 





21.11.2017    çap et  çap et