525.Az

Dağlıq Qarabağda partlayış: 3 erməni hərbçi öldü, 1-i yaralandı


 

Dağlıq Qarabağda partlayış: 3 erməni hərbçi öldü, 1-i yaralandı<b style="color:red"></b> Dağlıq Qarabağda mina partlağışı nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18.35-də baş verib.
 
İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.
 
Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 





22.11.2017    çap et  çap et