525.Az

Memarlıq və İnşaat Universitetinin tələbələrinə sertifikatlar verildi


 

Memarlıq və İnşaat Universitetinin tələbələrinə sertifikatlar verildi <b style="color:red"></b>

Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 17-24 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilmiş seminarlara qatılan Tikinti-iqtisad fakültəsi tələbələrinə və Mərkəzi Bankla fəal əməkdaşlıq edən fakültənin bir qrup gənc müəlliminə sertifikatlar təqdim olunub. 

Tədbirdə çıxış edən Universitet rektoru Gülçöhrə Mərkəzi Bankla əməkdaşlığın fakültənin tələbələri üçün əhəmiyyətindən danışıb.  Rektor təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin aşılanmasında vacib rol oynadığını bildirib.

Mərkəzi Bankın nümayəndələri, Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov  və Universitet THİK-nin sədri Bayram Aslanov  universitet rəhbərliyinə təşəkkürünü bildirib, seminarın tələbələr üçün faydalı olduğunu vurğulayıblar.

Daha sonra  universitetin rektoru G.Məmmədova və Mərkəzi Bankın əməkdaşları Anar Dadaşov, Zaur Yusifov, Anar Babazadə və Rövşən Qəniyev seminarların fəal iştirakçısı olan tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər.

XƏDİCƏ

 





22.11.2017    çap et  çap et