525.Az

Azərbaycan Rusiyadan qaz alışını bərpa etdi


 

<b style="color:red">Azərbaycan Rusiyadan qaz alışını bərpa etdi</b> SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.
 
“APA-Economics”in “Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.
 
Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq. 
 
Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin  rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
 
Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.
 





22.11.2017    çap et  çap et