525.Az

Bakıda polis əməkdaşları qəzaya düşüb, xəsarət alanlar var


 

Bakıda polis əməkdaşları qəzaya düşüb, xəsarət alanlar var<b style="color:red"></b>

Bakıda polis əməkdaşları qəzaya düşüb. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün Nardaran qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-21011” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər xəsarət alıb.
 
Xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarıdır. Onlardan ikisinin  -  polis nəfəri Tural Məmmədov və polis leytenantı Nəriman Nərimanovun xəsarətləri ağır olduğundan hər ikisi Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





06.06.2013    çap et  çap et