525.Az

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəldi - Yenilənib


 

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəldi - <b style="color:red">Yenilənib </b> Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.
 
APA-nın Misir dövlət televiziyasına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.
 
*** 17:46
 
Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
 
APA-nın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 120 nəfərin yaralandığı deyilir.
 
Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib.  Partlayışla əlaqədar Misirdə üçgünlük matəm elan olunub.
 
*** 15:56
 
Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub.
 
APA-nın “Daily Star”a istinadən verdiyi xəbərə görə, hadisə Bir al-Abd şəhərində baş verib.
 
Misir Səhiyyə Nazirliyindən bildirilib ki, cümə namazı zamanı törədilən partlayış nəticəsində 50 nəfər ölüb, 75 nəfər yaralanıb.
 
Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.
 





24.11.2017    çap et  çap et