525.Az

"Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"


 

"Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Suriyadakı kürd qruplaşması YPG-yə silah verməyəcəklərini bəyan edib.
 
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu telefon danışığında iştirak etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hörmətli Tramp konkret şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah göndərilməyəcəyini söylədi. O bildirdi ki, əslində buna daha öncə son qoymaq lazım idi", - deyə o, vurğulayıb.
 
R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
 





24.11.2017    çap et  çap et