525.Az

Batumidə hoteldə baş verən yanğında ölənlərin vətəndaşlığı məlum oldu


 

Batumidə hoteldə baş verən yanğında ölənlərin vətəndaşlığı məlum oldu<b style="color:red"></b> Batuminin “Leoqrand” hotelində baş verən yanğında 10 Gürcüstan və 1 İran vətəndaşı ölüb.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə “İnterfaks” agentliyinə Gürcüstan DİN-in nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır.
 
Qeyd edək ki, Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
 





25.11.2017    çap et  çap et