525.Az

Neft bahalaşıb


 

Neft bahalaşıb<b style="color:red"></b> Dünya birjalarında neftin qiyməti artıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,93 dollar və ya 1,60% artaraq 58,95 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar və ya 0,49% artaraq 63,86 dollar olub.
 





25.11.2017    çap et  çap et