525.Az

Hava şəraiti kəskin dəyişəcək


 

Hava şəraiti kəskin dəyişəcək<b style="color:red"></b>

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, gecə və axşam saatlarında yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, sabahdan etibarən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Belə ki, iyunun 7-9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı, 7-8 iyun tarixlərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 





06.06.2013    çap et  çap et