525.Az

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı


 

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı<b style="color:red"></b>

Ölkədə telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi üçün mühüm işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır.

Nazirlikdən verilən məlumata görə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində internet istifadəçilərinin və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunur.

Artıq “Aztelekom”un intenet istifadəçilərinin sayı 250 000 nəfərə çatıb. Sonuncu istifadəçi Şəki şəhər sakini Rübabə Abdullayevadır. Bu münasibətlə, ona “Aztelekom” tərəfindən noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.

Qeyd edək ki, bu il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilib. Nəticədə, “Aztelekom”un internet istifadəçilərinin sayı 25 faiz artıb.

CEYHUN

 





25.11.2017    çap et  çap et