525.Az

Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb


 

Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb<b style="color:red"></b> Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
 
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb.
 
Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır.
 
Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.
 
Misirdə 3 günlük matəm elan olunub.
 





25.11.2017    çap et  çap et