525.Az

İsrail baş naziri Misir xalqına başsağlığı verdi


 

İsrail baş naziri Misir xalqına başsağlığı verdi<b style="color:red"></b> İsrail baş naziri Benyamin Netanyahu 300-dən çox insanın həyatına son qoyan terror aktı ilə əlaqədar Misir hökuməti və xalqına başsağlığı verib.
 
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat verib. “Bütün İsrail vətəndaşları adından Misir hökuməti və xalqına ibadət zamanı qətlə yetirilən dinc sakinlərin ölümünə görə başsağlığı verirəm.  Terrorçular din, insanlar və xalqlar arasında fərq qoymur. Bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir”, baş nazir qeyd edib.
 
Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib
 





27.11.2017    çap et  çap et