525.Az

2017-ci ilin “kainat gözəli” məlum oldu


 

2017-ci ilin “kainat gözəli” məlum oldu<b style="color:red"></b> “Kainat gözəli - 2017” tituluna Cənubi Afrika gözəli Demi-Li Nel-Piters layiq görülüb.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 26-da Las-Veqasda müsabiqənin nəticələri elan olunub.
 
Təqdimat mərasimində yayımlanan videomüraciətində Demi-Li Nel-Piters qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxış edib. O, müraciətində “bu titula layiq görülən qadın öz qorxularını dəf etməyi bacarmalıdır” deyə bildirib. Demi-Li Nel-Piters Cənubi Afrika Respublikasından titula iddialı olan iki şəxsdən biri olub.
 
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 1952-ci ildən keçirilir. Qalib iştirakçı müsabiqənin simvolu olan qiymətli taca sahib olur. Eyni zamanda o, xeyriyyə tədbirlərində iştirak edir, reklam çarxlarında çəkilir, dünyanın müxtəlif ölkələrində ödənişsiz yaşamaq hüququna malik olur.
 





27.11.2017    çap et  çap et