525.Az

Hindistan polisi fillərdən istifadə edəcək


 

Hindistan polisi fillərdən istifadə edəcək<b style="color:red"></b>

Hindistanın Assam ştatında polis yerli meşə ərazilərində qanunsuz məskunlaşmış yüzlərlə sakini çıxarmaq üçün fillərdən istifadə edəcək.

Trend-in məlumatına görə, Amsanq meşəsi fillərin yaşadığı ərazi olsa da, insanların orada məskunlaşması bu heyvanları oranı tərk etməyə məcbur edir.

Qida axtarışında olan fillər məcbur olaraq yaxınlıqdakı kəndlərə gələrək orada taxılı məhv edir. Son dövrlərdə fillərin insanlara hücumları da qeydə alınıb. Bu səbəbdən polis meşədə məskunlaşmış sakinlərin oaradan uzaqlaşdırılması istiqamətində işlərə başlayıb.

 





27.11.2017    çap et  çap et