525.Az

Türk Şurasının baş katibi Antalyada beynəlxalq yarmarkada çıxış etdi


 

Türk Şurasının baş katibi Antalyada beynəlxalq yarmarkada çıxış etdi<b style="color:red"></b> BMT-nin Cənub-Cənub ofisi tərəfindən Antalyada təşkil edilən beynəlxalq yarmarkanın açılışı olub.
 
APA-nın Türkiyə müxbirinin məlumatına görə, 120 ölkədən 850 nümayəndənin iştirak etdiyi yarmarkanın açılışında BMT-nin Cənub-Cənub ofisinin direktoru Jorge Çediek, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Şurasının baş katibi Ramil Həsənov çıxış ediblər.
 
R. Həsənov BMT-nin Cənub-Cənub ofisi ilə Türk Şurası arasındakı əməkdaşlığın müsbət nəticələrindən, bu əməkdaşlığın gücləndirilməsi yollarından danışıb. O, Türk Şurasının BMT-nin Cənub-Cənub ofisi ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.
 





27.11.2017    çap et  çap et