525.Az

Misirdə törədilmiş terrorda ölənlərin sayı 309-a çatdı


 

Misirdə törədilmiş terrorda ölənlərin sayı 309-a çatdı<b style="color:red"></b> Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 309 nəfərə çatıb.
 
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Baş prokurorluğunun yaydığı açıqlamada deyilir.
 
Bundan əvvəl 27-si uşaq olmaqla 305 nəfərin öldüyü, 130-a yaxın insanın yaralandığı bildirilirdi.
 
Baş prokurorluğun məlumatına görə, İŞİD tərəfindən təşkil edilən hücumda 25-30 silahlı iştirak edib.
 





28.11.2017    çap et  çap et