525.Az

Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqladı


 

Pentaqon İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqladı<b style="color:red"></b> Hazırda İraq, Əfqanıstan və Suriya ərazisində ABŞ əsgərlərinin sayı 26 minə yaxındır.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ müdafiə nazirliyinin hesabatında bildirilir.
 
Sentyabrın 30-a olan məlumata əsasən, İraqda 8 892, Suriyada 1 720, Əfqanıstanda isə 15 298 əsgərin olduğu göstərilir.  Rəqəmlər nazirliyin hər rüb apardığı hesabat çərçivəsində açıqlanıb.
 
Dünya üzrə ABŞ-ın ən iri hərbi kontingenti Yaponiya (45 minə yaxın əsgər), Almaniya (36 min) və Cənubi Koreyada (25 minə yaxın) yerləşdirilib. Ümumilikdə xarici ölkələrdə yerləşdirilən ABŞ hərbçilərinin sayı 257, 3 min nəfər təşkil edir.
 





28.11.2017    çap et  çap et