525.Az

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə hökm oxundu


 

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə hökm oxundu<b style="color:red"></b> “İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana hökm oxunub.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün keçirilən məhkəmə iclasında S.Babayan 6 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb etmişdi.
 
Hadisə ilə bağlı cinayət işi ötən il sentyabrın 20-də başladılıb.
 
Həmin ilin iyulunda Ermənistan vətəndaşı, qondarma "DQR"-nın keçmiş "müdafiə naziri" Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistan gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.
 
Məlum olub ki, Samvel Babayan, həmçinin, “İqla” zenit raket kompleksini əldə etməyə çalışıb.
 





28.11.2017    çap et  çap et