525.Az

Azərbaycan Kuala Lampur Beynəlxalq Festivalında təmsil olundu


 

Azərbaycan Kuala Lampur Beynəlxalq Festivalında təmsil olundu<b style="color:red"></b>

Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Putracaya şəhərində Kuala Lumpur Beynəlxalq Sənətkarlıq Festivalı (KLICF-2017) keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla, 35 ölkədən sənətkarlar iştirak ediblər.

Dörd gün davam edən festivalda iştirakçı ölkələrin milli sənətkarlıq nümunələri, rəsm və keramika işləri, toxuculuq məhsulları və şirniyyatları nümayiş olunub. Festivalda əl işləri və sənətkarlıq nümunələrinin satışı da təşkil olunub.

Azərbaycan səfirliyi üçün ayrılmış guşəda müxtəlif eksponatlar, həmçinin, ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları haqqında jurnal və bukletlər, fotoşəkillər sərgilənib,  ziyarətçilərin böyük marağına səbəb olan  milli suvenirlər, şirniyyatlar, ölkəmiz haqqında ingilis dilində nəşrlər paylanılıb. Eyni zamanda, malayziyalılara və xarici turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm məkanları, milli mətbəxi haqqında məlumatlar verilib və onların sualları ətraflı cavablandırılıb.

"KLICF-2017" festivalının rəsmi açılış mərasimində Malayziyanın mədəniyyət və turizm naziri Mohamed Nazri bin Abdul Aziz iştirak edib. Festivalda iştirak edən ölkələrə, o cümlədən də Azərbaycan səfirliyinə sertifikat təqdim olunub.

Tədbir Argentina, Nepal, Tailand, Macarıstan, İndoneziya və Malayziyadan olan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Xədicə RƏHMAN

 





28.11.2017    çap et  çap et