525.Az

Tibb müəssisisələrində qanunsuz laboratoriyalar tapıldı


 

Tibb müəssisisələrində qanunsuz laboratoriyalar tapıldı<b style="color:red"></b>

Azərbaycanda tibb müəssisələrinin laboratoriyalarında yoxlamaların aparılmasına başlanılıb.

Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov açıqlayıb.

Əbülfət İmanov deyib ki, tibb müəssisələrində akkreditasiyadan keçməyən laboratoriyalar aşkalanıb: “Sual veririk ki, laboratoriya yoxlanılmayıbsa, verdiyiniz analizlərin cavablarına necə inanmaq olar?”.
 
Dövlət Nəzarəti Xidmətinin rəisi bildirib ki, bu yaxınlarda Sumqayıt yaxınlığında “Zəmzəm” adı ilə su istehsal olunduğu üzə çıxıb: “Adi kran suyudur, doldurub satırlarmış. Ona görə də istehsal sahəsindəki laboratoriyaların hamısı akkreditasiyadan keçməlidir. Dövlət Komitəsi tərəfindən son illər regional laboratoriyalar qurulur. Gəncə, Şəki və digər şəhərlərdə belə laboratoriyalar qurulub”.

 





07.06.2013    çap et  çap et