525.Az

İƏT-ə üzv ölkələrin Milli Kitabxana direktorlarının IV iclası keçirilir - Fotolar


 

İƏT-ə üzv ölkələrin Milli Kitabxana direktorlarının IV iclası keçirilir - <b style="color:red">Fotolar</b>

Noyabrın 27-də Tacikistan Milli Kitabxanasında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının IV iclası öz işinə başlayıb.

Tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanacaq.

İƏT Mədəniyyət İnstitutunun və Tacikistan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Milli Kitabxananın direktoru professor Kərim Tahirov və elmi katib Əminə Cəfərova təmsil edir. Tədbirdə İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Türkmənistan Milli Kitabxanalarının direktorları və ya nümayəndələri iştirak edir.

Tədbiri Tacikistan Dövlətinin Mədəniyyət Naziri açaraq yığıncağın işinə uğurlar arzulayıblar. Tədbirə ev sahibliyi edən Tacikistan Milli Kitabxanasının direktoru Abdusalom Miralizoda, İran Milli Kitabxana və Arxivinin direktoru, İƏT-ə üzv ölkələrin milli kitabxanaları təşkilatının rəisi Əşraf Broujerdi çıxış ediblər.

İƏT Mədəniyyət İnstitutunun Baş katibi Muxammed Mazoxiri öz çıxışında İnstitutun fəaliyyəti barədə məlumat verib. Daha sonra təşkilatın əsasnaməsinə uyğun olaraq tədbirə ev sahibliyi edən Tacikistan Milli Kitabxanasının direktoru A. Miralizoda iclasın sədri seçilib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, qarşıda duran vəzifələrdən,  daha əvvəlki yığıncaqlarda işlənən layihələrdən, milli kitabxanalar arasında mədəni irsin təbliğindən, tədqiqindən, təcrübə və mədəni irsin mübadiləsinin vacibliyindən, təşkilatın hüququ qeydiyyata alınmasının zəruriliyindən danışaraq növbəti illərdə qarşılıqlı anlaşma şəraitində işləməyə ümid etdiyini  söyləyərək tədbirin keçirilməsinə görə Tacikistan Milli Kitabxanasına təşəkkürünü bildirmişdir.

Daha sonra ötən iclasın hesabatı və növbəti proqram müzakirə olunub.

 





28.11.2017    çap et  çap et