525.Az

Putin KTMT-nin baş katibi ilə görüşdü


 

Putin KTMT-nin baş katibi ilə görüşdü<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində V.Putinlə ilk görüşü olub. 
 
Qeyd edək ki, noyabrın 30-da Minskdə  KTMT-nin sammiti keçiriləcək. Baş katib sammit ərəfəsində  üzv ölkələrə səfər etməkdədir. 
 
Xatırladaq ki, Yuri Xaçaturov 2017-ci ilin aprelin 14-də  KTMT sədri vəzifəsinə təyin edilib.
 





29.11.2017    çap et  çap et