525.Az

Voronejdə Rusiya-Türkiyə biznes forumu keçiriləcək


 

Voronejdə Rusiya-Türkiyə biznes forumu keçiriləcək<b style="color:red"></b> Voronej şəhərində bu gün Rusiya-Türkiyə biznes-forumu keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə 20-dək Türkiyə şirkəti iştirak edəcək.
 
Məlumata görə, biznes-forum Voronej vilayətinin rəhbərliyinin dəstəyi ilə Rusiyanın Ticarət-sənaye Palatası, Rusiyanın İstanbuldakı ticarət nümayəndəliyi, Rusiya-Türkiyə Əməkdaşlıq Şurası, Türkiyə xarici iqtisadi əlaqələr Şurası (DEIK) tərəfindən təşkil olunub. 
 
Forumun məqsədi Türkiyə və Rusiya şirkətləri arasında iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək, birgə investisiya layihələrini reallaşdırmaqdır.
 
Türkiyə nümayəndə heyətinin tərkibində tikinti sənayesi, kənd təsərrüfatı, yüngül sənaye, maşınqayırma, kimya sənayesi, kredit-maliyyə sahəsinin nümayəndələri, pərakəndə satış və turizm operatorları təmsil olunub.
 





29.11.2017    çap et  çap et