525.Az

İraq OPEK+ sövdələşməsinin uzadılmasını dəstəklədi


 

İraq OPEK+ sövdələşməsinin uzadılmasını dəstəklədi<b style="color:red"></b> İraqın neft naziri Cabbar əl Laibi neft hasilatının azaldılmasına dair OPEK+ sövdələşməsində iştirak edən ölkələrin noyabrın 30-da sazişin uzadılması barədə qərar qəbul edəcəklərinə ümid edir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neft hasil edən ölkələr hazırda sövdələşmənin uzadılmasına dair üç variantı nəzərdən keçirirlər: 6 aylıq, 9 aylıq və 1 illik müddət. 
 
Sazişin müddətinin uzadılmanın hansı tarixdən hesablanacağı barədə də məlumat verilmir. 
 
Qeyd edək ki, noyabrın 30-da Vyanada neft hasilatının azaldılmasına dair OPEK+ sövdələşməsində iştirak edən 24 ölkənin neft və energetika nazirlərinin görüşü keçiriləcək.
 





29.11.2017    çap et  çap et