525.Az

Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verdi


 

Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verdi<b style="color:red"></b> Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib.

O bildirib ki, qanuniləşdirmə simvolik olaraq 1 lariyə həyata keçiriləcək:

“Həmin ailələri təbrik edirəm. Bu problemdən əziyyət çəkən hər kəs bizdən maksimum dəstək alacaq”.
 





29.11.2017    çap et  çap et